1 iyun 2025, bazar Bakı, 27°C
IMG-LOGO

Xocəsən qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın söndürülüb (video)

31-05-2025

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən açıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Yanğın nəticəsində 12 hektar sahədə quru ot və kol-kos yanıb.

Ərazidəki ağaclar və ictimai iaşə obyektləri yanğından mühafizə olunub.

Paylaş: