1 iyun 2025, bazar Bakı, 29°C
IMG-LOGO

Azərbaycanın milli mətbəxi Rumıniyada təbliğ olunub

30-05-2025
IMG

Türkiyənin Rumıniyadakı səfirliyi və Yunis Əmrə İnstitutunun Buxarest filialının birgə təşkilatçılığı ilə Buxarestdə keçirilən IV Türk mətbəxi həftəsində ölkəmiz təmsil olunub.

Fhnews.az xəbər verir ki, Rumıniya Milli Teatrında baş tutan təqdimatda Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə milli mətbəximizin ən dadlı təamları qonaqlara təqdim edilib.

Milli yeməklərimiz və şirniyyatlarımız, xüsusilə “Şah plov”un təqdimatı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, 2022-ci ildən etibarən Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü və himayəsi altında hər il Türkiyədə, o cümlədən bütün dünyada təşkil edilən Türk mətbəxi həftəsi bu il “Türk mətbəxinin klassik yeməkləri”nə həsr olunub.

Paylaş: