1 iyun 2025, bazar Bakı, 29°C
IMG-LOGO

İdxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb

30-05-2025
IMG

Nəzarət tədbirləri çərçivəsində Rusiya və İrandan idxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb. Həmçinin faktla bağlı AQTA tərəfindən qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Uyğunsuzluqlar əsasən parazit və bakteriya üzrə, eləcə də kükürd dioksidin kütlə payının normadan çox olması ilə bağlı olub. Nöqsanlar aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı

İstehsal və son istifadə tarixi

Mənşə ölkəsi

İxracatçı müəssisə

Dondurulmuş balıq

 03.04.2025 -  03.04.2026

Rusiya

ООО «Food Team»

Soğan halqası

20.08.2024 -20.08.2025

Rusiya

ООО «МИРАТОРГ»

Ərik qurusu

01.04.2025 - 01.04.2027

İran

“Trading Mirebrahim Seyed Alaei”

Turşu lavaş

01.02.2025 - 01.02.2027

İran

“Elyas Naderi Bezdi”

Paylaş: