İndoneziyada uçqun nəticəsində ən azı 13 nəfər həlak olub
İndoneziyanın Yava adasında əhəngdaşı karxanasında sürüşmə nəticəsində ən azı 13 nəfər həlak olub, təxminən 10 nəfər isə xəsarət alıb.
Fhnews.az xəbər verir ki, bu barədə AFP təbii fəlakətlərlə mübarizə təşkilatının rəhbəri Deni Nurahyaya istinadən bildirib.
"İndiyə qədər 13 nəfərin meyiti tapılıb, beş və ya altı nəfər hələ də dağıntılar altındadır", - o qeyd edib.
D.Nurahyanın sözlərinə görə, növbəti axtarış əməliyyatları iyunun 1-nə qədər təxirə salınıb. Bu qərar uçqunun təkrarlanması riski ilə əlaqədar qəbul edilib.
Rusiyanın Bryansk vilayətində körpünün...
Yeni Zelandiyanın akvatoriyasında güclü...
Alimlər planetin buzlaq örtüyünün...
Nigeriyada avtobus körpüdən çaya aşıb,...
Misir piramidalarının içərisində niyə...