Mərakeşin şimalında meşə yanğınları 5 gündür ki, davam edir
Mərakeşin şimalındakı Tanjer şəhərindəki Huvvara meşəsində baş verən yanğınların söndürülməsi üçün işlər 5-ci gündür ki, davam edir. Mərakeşin Tangier Milli Su və Meşə Agentliyinin regional direktoru Osman Əl-Azzavi, şəhərdə baş verən yanğınlarda təxminən 85 hektar meşə sahəsinin zərər gördüyünü deyib.
Azzevinin sözlərinə görə, davam edən yanğınlara baxmayaraq, son 24 saat ərzində ziyan dəymiş torpaqların sahəsində artım olmayıb.
Hazırda səylərin alovların söndürüldükdən sonra yenidən alovlandığı ərazilərdə bir sıra yanğın nöqtələrinin nəzarət altına alınmasına yönəldiyini deyən Azzevi, yüksək temperatur və güclü küləklərin söndürmə işlərini çətinləşdirdiyini bildirib.
Azzavi bəyan edib ki, Mərakeş ordusu, mülki müdafiə qrupları və köməkçi təhlükəsizlik qüvvələri beş gündür ki, yanğını söndürmək üçün birgə işləyirlər.
“National Geographic Traveller UK”...
Həcc ziyarəti izni olmayan 269 minə...
Günəş sisteminin kənarında yeni cırtdan...
Media: Britaniyada minlərlə uşaq yardıma...
Aqressiv beyin xərçənginin müalicəsində...