Estoniya Respublikasının Prezidenti Alar Karisdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırım. Zati-alinizə və xalqınıza uğurlar, firavanlıq və rifah arzulayıram.
Bu gün ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur. Ümidvaram ki, Estoniya-Azərbaycan əməkdaşlığı gələcəkdə daha da dərinləşəcəkdir.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı, Azərbaycan Respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin.
Səmimi hörmətlə,
Alar Karis
Estoniya Respublikasının Prezidenti
Rumıniyanın Prezidenti Nikuşor Dandan...
Monqolustanın Prezidenti Uxnaaqiyn...
Qana Respublikasının Prezidenti Con...
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı...
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş...