Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Baş Prokurorluğun sorğusuna baxılıb
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2-ci maddəsinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 12-nə təyin olunmuş iclasında baxılacaq.
Himayədar ailə valideyn himayəsindən...
Beynəlxalq konfransın iştirakçıları 1...
Tərtər rayonunun sakini minaya düşüb...
Ali Məclisin yaz sessiyası başa çatıb...
İyunda hava necə olacaq?...