29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Azərbaycanın beynəlxalq maliyyə institutlarında iştirakına ötən il ayrılmış vəsait açıqlanıb

27-05-2025
IMG

Ötən il ərzində dövlət büdcəsindən beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirak məqsədilə ümumilikdə 4,9 milyon manat vəsait istifadə olunub. Bu məbləğin 1,6 milyon manatı Asiya İnkişaf Bankına, 1,3 milyon manatı İslam İnkişaf Bankına, 2 milyon manatı isə Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) yönəldilib.

Fhnews.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu gün müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da yer alıb.

Azərbaycanın beynəlxalq və regional maliyyə institutlarındakı pay iştirakına və beynəlxalq təşkilatlara üzvlüklə bağlı maliyyə öhdəlikləri üzrə xərclərinə əsasən, Azərbaycanın müxtəlif beynəlxalq və regional təşkilatlara üzvlük haqqı ödənişləri üzrə 16,5 milyon manat xərcləndiyi qeyd olunub. Bu vəsaitin bölgüsü isə belədir:

- BMT sisteminə daxil olan təşkilatlar, proqramlar və konvensiyalar üzrə - 5,4 milyon manat;

- İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları üzrə - 1,3 milyon manat;

- Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilatları üzrə - 1,2 milyon manat;

- Digər beynəlxalq təşkilatlar üzrə - 8,6 milyon manat.

Hesabatda bu ödənişlərin Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi məqsədlərinə xidmət etdiyi vurğulanır.

Paylaş: