29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Türkiyə ekoloji cəhətdən ən yaxşı istiqamətlər siyahısında

26-05-2025
IMG

Böyük Britaniyada nəşr olunan aparıcı səyahət jurnalı "Wanderlust" UNESCO-nun Dünya İrs Siyahısında yer alan Nemrut dağından və Türkiyənin davamlı turizmdəki liderliyinindən bəhs edib.

Böyük Britaniyanın "Wanderlust" Türkiyəni ekoloji cəhətdən ən yaxşı istiqamətlər siyahısına daxil edib."Wanderlust" jurnalı həm səyahət həvəskarları, həm də qlobal turizm peşəkarları tərəfindən yaxından izlənir. Avropa, Amerika və Asiyada geniş oxucu kütləsinə sahib olan jurnal, Türkiyənin yaşıl turizm yanaşmasının qlobal miqyasda necə diqqət cəlb etdiyini nümayiş etdirir.

Jurnal Türkiyə ilə bağlı məqaləsində ölkənin davamlı turizmdəki liderliyini vurğulayaraq, xüsusilə UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Nemrut Dağını diqqətəlayiq bir məkan kimi təqdim edib.

Məqalədə qeyd edilir ki, Nemrut Dağı monumental heykəlləri ilə yalnız mədəni əhəmiyyət kəsb edən bir yer deyil, həm də Türkiyənin ətraf mühitə həssas idarəetmə yanaşmasının heyrətamiz vizual simvoludur.Məqalədə həmçinin Türkiyənin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən 21 məkanının qorunması üçün göstərdiyi səylər yüksək qiymətləndirilib.

Qeyd edək ki, səyahət sənayesinin ən nüfuzlu nəşrlərindən biri olan "Wanderlust" Travel Green List vasitəsilə hər il milyonlarla səyahətçinin seçimlərini formalaşdırmağa kömək edir.

Paylaş: