29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Dalaman - Mançester aviareysi bomba həyəcanına görə Almaniyaya yönləndirilib

26-05-2025
IMG

Türkiyənin Dalaman şəhərindən İngiltərənin Mançester şəhərinə uçan,“easyJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Almaniyanın Frankfurt şəhərinə məcburi eniş edib.

Fhnews.az “Independent”ə istinadla xəbər verir ki, buna səbəb göyərtədəki qadın sərnişinin təyyarədə bomba var deyərək qışqırması və fövqəladə çıxış qapısını açmağa çalışması olub. Bildirilib ki, hadisə mayın 25-də baş verib. Qadın sərnişin uçuş zamanı qəfil isterik davranışlar göstərməyə başlayıb, kabinə boyu qaçaraq təyyarənin qəzaya uğrayacağını və içəridə bomba olduğunu iddia edib. O, həmçinin fövqəladə çıxış qapısını çəkməyə, oksigen maskaları və xilasedici jiletləri çıxarmağa çalışıb.

Qadın üç nəfər tərəfindən nəzarət altına alınıb və daha sonra təyyarə Frankfurt Hava Limanına təcili eniş edib. Hadisə zamanı xəsarət alan olmayıb. Frankfurtda təyyarəyə təcili yardım xidmətləri daxil olub və hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş: