29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

27-05-2025

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zatı-aliləri.

Sizi Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə Gürcüstan Hökuməti və gürcü xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

28 May tarixi əhəmiyyət daşıyan bir gündür və Azərbaycan xalqının azadlıq arzusunun və müstəqilliyinin rəmzidir.

Dostumuz və strateji tərəfdaşımız Azərbaycanın uğurları və inkişafı bizi səmimi-qəlbdən sevindirir. Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında ümumi maraqlara, regionun inkişafına və sabitliyinə yönələn möhkəm tarixi dostluq və əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcəkdir.

Müstəqilliyin bu əlamətdar günündə Sizə daim firavanlıq, tərəqqi və dövlət quruculuğu yolunda daha da böyük uğurlar arzulayıram.

Cənab Prezident, Sizə dərin ehtiramımı ifadə edir və ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

İrakli Kobaxidze

Gürcüstanın Baş naziri

Paylaş: