Min bir dərdin dərmanı çay...
Çay ən çox istifadə edilən isti içkilərdən biridir. Bir çox insanın vazkeçilməz olduğu çay ləzzətli içki olmaqla yanaşı, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Çaydan düzgün istifadə edilmədikdə həyati təhlükə yarada bilər. Çay müxtəlif bitkilərin yarpaqlarını, çiçəklərini, köklərini, toxumlarını və ya qabıqlarını qaynatmaqla əldə edilən içəcəkdir. Lakin çayı düzgün qəbul etməmək orqanizmdə ciddi xəstəliklərin yaranması riskini artıra bilər. Xüsusilə yanlış temperaturda istehlak edilən çayın qırtlaq və yemək borusu kimi həssas bölgələrdə xərçəngə səbəb ola biləcəyi ortaya çıxıb.
Ümumdünya Səhiyyə Təşkilatı 2016-cı ildə dərc etdiyi hesabatda 70 dərəcədən yuxarı temperaturda istehlak edilən içkilərin kanserogen ola biləcəyini bildirib. Xüsusilə İran və Çin kimi isti çay istehlakının çox olduğu bölgələrdə aparılan araşdırmalar göstərir ki, bu vərdiş qida borusunda xərçəngə səbəb olan hüceyrə zədələnməsi riskini artırır. 2019-cu ildə nəşr olunan bir araşdırmaya görə, gündə 700 ml-dən çox çay istehlak edən və 60 dərəcədən yuxarı temperaturda çay içmək yemək borusu xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır. Bunun səbəbi, yüksək temperaturun qida borusundakı hüceyrələrin təkrar zədələnməsinə səbəb olması, uzun müddətdə xərçəng hüceyrələrinin əmələ gəlməsi ehtimalını artırmasıdır.
Mütəxəssislər həddindən artıq isti çayın bir az soyudulsa belə, zamanla xərçəngə səbəb ola biləcəyini vurğulayaraq, bu risklərin qarşısını almaq üçün çayın 60 dərəcəyə qədər soyumasını gözləmək lazım olduğunu bildirirlər.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...