Hərrac tarixində bir ilk: Robotun imzası olan rəsm satışa çıxarılıb
Dünyada ilk dəfə olaraq böyük hərrac evi robot tərəfindən hazırlanmış rəsm əsərini hərraca çıxarır. Ai-Da adlı robotun hazırladığı işin 120 min dollardan 180 min dollara alıcı tapacağı gözlənilir.
Robotların 50 il ərzində insan imkanlarını üstələyə biləcəyi və onların bəşəriyyəti əvəz etməməsi üçün qorunma tədbirlərinin görülməli olduğu xəbərdar edilsə də, sənət dünyasında bir ilkə imza atılır.
Böyük hərrac evi robot tərəfindən çəkilmiş ilk rəsm əsərini hərracda satmağa hazırlaşır.
Bildirilir ki, rəsmdə müasir kompüterin atası kimi tanınan britaniyalı alim Alan Turinqin portreti var. Ai-Da adını ilk kompüter proqramçısı Ada Lavleysin şərəfinə qoysa da, onun dizaynı Aidan Meller tərəfindən həyata keçirilib.
Ai-Danın işi çox qatlı quruluşu ilə diqqəti cəlb edir.Əsər müasir dünyanın mürəkkəbliyini simvollaşdırır. Bununla belə, robotların insan duyğularının olmaması səbəbindən onların sənət əsərlərinə ehtiyatla yanaşanlar da var.
Ai-Da adlı robotun hazırladığı işin 120 min dollardan 180 min dollara alıcı tapacağı gözlənilir.
Bu tarixi hərrac 31 oktyabr - 7 noyabr tarixləri arasında keçiriləcək.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...