FHN-in Muğan Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə Muğan Regional Mərkəzin şəxsi heyəti və texnikası, Hacıqabul Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, Fövqəladə Hallar Komissiyası və ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələskərov və FHN-in Muğan Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Orxan Bağırov çıxış edərək ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin əhəmiyyətindən danışıblar.
Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.
Teymur Musayev: Saxta sertifikatlı...
Nazir: Azərbaycan səhiyyəsində süni...
Azərbaycan Qazaxıstanda mülki müdafiə...
“Erkən müayinə can qurtarır” adlı tibbi...
Sabaha gözlənilən hava proqnozu...