14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

ABŞ-da yumurta böhranı

14-03-2025
IMG

“Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ yumurtanın qiymətinin artması ilə mübarizə üçün Türkiyə, Danimarka və bəzi digər Avropa ölkələrindən ABŞ-na yumurta ixrac etmələrini istəyib.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin bu tələbi ABŞ prezidenti Donald Trampın Avropa ölkələri və bir çox başqa ölkələrə qarşı yeni tarif təhdidləri ilə eyni vaxtda edilib.

“Reuters” tərəfindən nəzərdən keçirilən sənəddə göstərilir ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin Avropadakı nümayəndəsi fevralın sonunda yumurta istehsal edən ölkələrə rəsmi məktub göndərərək, ABŞ bazarına yumurta tədarük edə biləcəklərini soruşub.

Martın əvvəlində Danimarka Yumurta İstehsalçıları Birliyinə göndərilən yeni məktubda ABŞ-na göndərilə biləcək yumurtaların təxmini miqdarının dəqiqləşdirilməsi istənilib.
Danimarka qurumu bu tələbi araşdıracağını, lakin Avropada yumurta istehsalında artıqlığın olmadığını, əksinə istehlakın artması və quş qripi epidemiyası səbəbiylə dünya miqyasında yumurta tədarükü açığı olduğunu bildirib.

Türkiyə Yumurta İstehsalçıları Mərkəzi Birliyi quş qripi epidemiyası səbəbiylə yumurta tədarükü problemi yaşayan ABŞ ilə təxminən 15 min ton yumurta ixrac etmək üçün müqavilə bağlayıb.Fevral ayında başlayan göndəriş iyul ayına qədər davam edəcək.

Paylaş: