Mədəniyyət Nazirliyi və Kino Agentliyi 2025-ci il üzrə film layihələri müsabiqəsi elan edib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsi elan edib.
Fhnews.az xəbər verir ki, kino sənayesinin dəstəklənməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədəki özəl sektorun dəstəklənməsi məqsədilə keçiriləcək müsabiqə bədii film, bədii-sənədli, sənədli, animasiya, uşaq filmləri və tələbə filmləri istiqamətlərini özündə əks etdirəcək. Bu müsabiqədə tələbə filmləri də prodüser mərkəzləri tərəfindən təqdim olunmalıdır.
Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin Azərbaycan dilində təqdim etdiyi film layihələri iştirak edə bilər.
Müraciətlərin qəbulu https://arka.culture.az saytı vasitəsilə 15 aprel 2025-ci il tarixindən həyata keçiriləcək.
Qədim insan yaşayış məskənləri – mədəni...
Mədəniyyət Nazirliyi və Kino Agentliyi...
İğdır şəhər stadionunda Novruz şənliyi...
Bakıda “Qədim insan məskənlərinin...
Milli dəb sənayesinin inkişafına həsr...