12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi BMTNCİ ilə müzakirə olunub

12-03-2025
IMG

Vyanada səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov BMT-nin Vyana bölməsinin baş direktoru, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) icraçı direktoru Qada Vali ilə görüşüb.

Fhnews.az xəbər verir ki, görüş zamanı qlobal səviyyədə narkotiklər probleminə qarşı mübarizə sahəsində BMTNCİ-nin rolu və mandatının əhəmiyyəti, eləcə də Narkotik Vasitələr üzrə Komissiyanın fəaliyyətinin vaciblyii vurğulanıb.

Bundan başqa, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində gömrük orqanlarının xüsusi rolu vurğulanıb, gömrük orqanlarının bu sahədə imkanlarının gücləndirilməsi işində BMTNCİ-nin proqram və alətlərindən istifadənin genişləndirilməsi məsələləri müzakirə olunub.

Paylaş: