12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan minifutbol millisinin Bakıda keçiriləcək dünya çempionatında rəqibləri müəyyənləşib

12-03-2025

Bu il Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkü atılıb.

Fhnews.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan milli komandasının da rəqibləri bəlli olub.

Elşad Quliyevin baş məşqçi olduğu yığma Mavritaniya, Sloveniya və Bəhreyn komandaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.

Qeyd edək ki, Dünya Minifutbol Federasiyası (WMF) tərəfindən beşinci dəfə təşkil ediləcək mundialın son qalibi Rumıniya yığması olub.

Paylaş: