Astronomlar Saturnun 128 yeni peykini aşkar ediblər
Astronomlar Saturn planetinin ətrafında fırlanan 128 yeni peyk aşkar ediblər. Bu, ona Günəş sisteminin reytinqində lider mövqe tutmağa imkan verir.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, son vaxtlara qədər birinci yer Yupiterə məxsus idisə, hazırda Saturnun 274 peyki var ki, bu da bütün digər planetlərin cəmindən təxminən iki dəfə çoxdur.
Kəşfin müəllifi olan komanda daha əvvəl “Canada France Hawaii” teleskopundan istifadə edərək 62 peyk müəyyən etmişdi və onların daha çox olduğuna dair işarələri görərək, 2023-cü ildə əlavə müşahidələr aparmışdı.
2024-cü il fevralın 5-də orbitləri təsdiqlənmiş 95 Yupiter peyki qeydə alınıb.
Bu həftə Beynəlxalq Astronomiya İttifaqı peykləri rəsmi olaraq tanıyıb və onlara nömrələr, hərflər təyin edilib. Vaxt keçdikcə, Saturnun peykləri üçün qəbul edilmiş ənənələrə uyğun olaraq, onların adları Qal, Skandinaviya və Kanada inuitləri tanrılarının əsasında təyin ediləcək.
50 ildən sonra tapılan rəsm əsəri kimə...
Qanlı Ay tutulması...
Quraqlıqdan təsirlənən Düdən gölündə...
Dünyanın ən əsrarəngiz bölgələrindən...
Hindistanda "Rənglər Festivalı" qeyd...