12 mart 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Bahar Muradova Nyu-Yorkda serbiyalı həmkarı ilə görüşüb

12-03-2025
IMG

Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların iqtisadi və siyasi səlahiyyətləndirilməsi naziri Tatyana Makura ilə görüşüb. 

Fhnews.az xəbər verir ki, görüşdə iki ölkənin ailə sahəsində gördüyü işlərə, əldə olunan təcrübələrə dair müzakirə aparılıb. Bahar Muradova Serbiyanın Azərbaycan üçün dost ölkə olduğunu deyərək iki ölkə arasında ali siyasi səviyyədə güclü əlaqələrin qurulduğunu əlavə edib. O, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə serbiyalı həmkarına məlumat verib və son 5 ildə Azərbaycanda ailə sahəsində ciddi irəliləyişin olduğunu diqqətə çatdırıb. Bahar Muradova erkən nikah, ailədaxili zorakılıq mövzularında cəmiyyətdə məlumatlılığın aparılması üçün müxtəlif, o cümlədən sosial mediada geniş kampaniyaların aparıldığını deyib. Komitə sədri həmçinin, son illər bu mövzuda parlamentdə geniş müzakirələrin aparıldığını və bir sıra qanun və məcəllələrə dəyişikliklərin edildiyini də vurğulayıb.

Serbiyalı nazir iki ölkənin ailə mövzusunda ortaq maraqlarının olduğunu deyib və son bir ildə ölkəsində ailədaxili münaqişə sahəsində aparılan kampaniyadan bəhs edib. O da bu məsələnin həllində qanunverici bazada dəyişikliyin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, vətəndaş cəmiyyətinin də məişət zorakılığna qarşı mübarizədə rolunu qeyd edib.

Tərəflər bu sahədə birgə layihələrin icrasına dair müzakirə aparıb və ikitərəfli əməkdaşlığın yollarını müzakirə ediblər.

Paylaş: