İşğaldan azad olunan Həsənriz kəndində Yel çərşənbəsi qeyd edilib
Baharın gəlişinin müjdəçisi olan Novruz çərşənbələri işğaldan azad edilmiş ərazilərdə coşqu ilə qeyd olunur. Ağdərə rayonunun Həsənriz kəndində “Böyük Qayıdış”dan sonra ilk dəfə Yel çərşənbəsi tonqalı yandırılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan xalqının adət-ənənələrinin doğma torpaqlarımızda yenidən qeyd olunması 32 ildən sonra öz yurduna qayıdan insanları qürurlandırıb. Həsənriz sakinləri tonqal ətrafına toplaşıblar. Onlar bir-birlərini təbrik ediblər, əlamətdar günləri öz doğma evlərində qeyd etməyin sevincini bölüşüblər.
Xatırladaq ki, 2025-cü ilin mart ayında “Böyük Qayıdış” Proqramı çərçivəsində Həsənriz kəndinə ümumilikdə 50 ailə köçürülüb. Hazırda kəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Kəndə köç prosesi mərhələli şəkildə davam edəcək.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı...
Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən...
FHN-in Muğan Regional Mərkəzi təlim...
Martın 13-nə gözlənilən hava proqnozu...