Nazirlik: Azərbaycan və İspaniya arasında həftəlik uçuş tezliyinin artırılması müzakirə olunub
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında rəqəmsallaşma və nəqliyyat, o cümlədən Orta Dəhliz üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Eyni zamanda həftəlik uçuş tezliyinin artırılması, eləcə də dəmir yolu və metro nəqliyyatı sahəsində İspaniya şirkətləri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə...
2024-cü ilin arıçılıq təsərrüfatı ilə...
Pərakəndə ticarət şəbəkəsində əhalinin...
Bu il 10 milyard manatdan çox sənaye...
Ötən ay vergi daxilolmalarında...