Martın 13-nə gözlənilən hava proqnozu
Azərbaycanda martın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək -765 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 20-25° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq.
Dövlət Komitəsinin nümayəndə heyəti...
Xankəndidə təşkil olunan tikişçilik...
Sabah Bakının üç rayonunda qaz olmayacaq...
“Sosial işin idarə edilməsi” altsistemi...
Xankəndi və Şuşada “Azəriqaz”la birgə...