Milli dəb sənayesinin inkişafına həsr olunan dəyirmi masa keçirilib
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Azərbaycan” tədbiri çərçivəsində Heydər Əliyev Mərkəzində milli dəb sənayesinin inkişafına həsr olunan dəyirmi masa keçirilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə nazir müavini Murad Hüseynov nazirliyin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində mədəni və yaradıcı sənayelərin, xüsusilə də milli dəb sənayesinin inkişafına yönəlmiş fəaliyyətləri barədə məlumat verib.
Əməkdar incəsənət xadimi, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyə Xələfova ölkədə dəb mədəniyyətinin inkişaf yolundan danışaraq, bu sahədə yeni istedadların üzə çıxarılmasının, dəb sahəsinin inkişafına yönəlmiş tədbirlərin paytaxt ilə yanaşı, ölkənin regionlarında da keçirilməsinin önəmli olduğunu qeyd edib.
Çıxışlardan sonra Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin “Yaradıcı dəb” layihəsi ilə bağlı təqdimat həyata keçirilib və dəyirmi masa müzakirələrinə start verilib.
Dəyirmi masa zamanı yerli dizaynerlər və brendlər üçün dövlət dəstəyi mexanizmlərinin əhəmiyyəti və inkişaf imkanları, dəb sahəsində təhsil, kadr hazırlığı və peşəkar inkişaf imkanları kimi aktual mövzular iştirakçılar tərəfindən geniş müzakirə edilib.
Milli dəb sənayesinin inkişafına həsr...
Şimali Makedoniya Prezidenti Xalça...
Şimali Makedoniya Prezidenti “Atəşgah...
“Müasir Azərbaycan Akvarelçiləri”...
“Ekspo 2025”də Azərbaycan milli...