Azərbaycan universitetləri 5 fənn sahəsi üzrə QS reytinqində
“Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycan universitetləri ümumilikdə 5 fənn sahəsində təmsil olunub və irəliləyib.
Bakı Dövlət Universiteti neft-qaz mühəndisliyi ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə riyaziyyat ixtisası üzrə reytinqdə yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyat və ekonometrika və sosial elmlər və idarəetmə ixtisasları olmaqla 2 fənn sahəsində təmsil olunub. Azərbaycan Dillər Universiteti isə “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.
Qeyd edək ki, sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.
AMEA-da “İstiqlal marşı”nın qəbul...
Dendrologiya İnstitutunda yeni toxum...
BDU-da süni intellekt...
Azərbaycan universitetləri 5 fənn sahəsi...
Dizaynın müasir problemləri - AzMİU-da...