12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı məlum olub

12-03-2025
IMG

Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Fhnews.az xəbər verir ki, “Sərhədçi” və “Gəncə” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında reallaşan görüş bölgə təmsilçisinin 94:89 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son matçında “Sabah” ilə “Neftçi” qarşılaşacaq. Eyni məkanda təşkil olunacaq oyunun start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, daha əvvəl NTD və “Naxçıvan” komandaları adlarını növbəti raunda yazdırıblar.

Paylaş: