Lənkəranda restoranda nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunda Rəhmanov Zəka Bilal oğluna məxsus ”Cənnət-Xıl” restoranında apardıqları yoxlama zamanı qida təhlükəsizliyi tələblərinin pozulduğunu aşkarlayıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi, qida məhsulları hazırlanan sahədə döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Azərbaycan Cenevrədə keçirilən gender...
Ombudsman Milli İnsan Hüquqları...
Parlamentin Ailə, qadın və uşaq...
Dövlət Komitəsinin nümayəndə heyəti...
Xankəndidə təşkil olunan tikişçilik...