12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

ATMU ilə Fərqanə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

12-03-2025
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsi ilə Özbəkistan Respublikasının Fərqanə Dövlət Universiteti arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsinə dair müqavilə imzalanıb.

Universitetdən verilən məlumata görə, müqavilədə tələbə və müəllim mübadiləsi, müştərək elmi-tədqiqat layihələrinin işlənib hazırlanması,o cümlədən birgə konfrans və seminarların təşkili nəzərdə tutulub. Həmçinin turizm sahəsində innovativ tədris metodlarının tətbiqini şərtləndirən əməkdaşlıq istiqamətinin gücləndirilməsi məsələsi əksini tapıb.

Rektor İlham Mədətov əməkdaşlığın hər iki universitet üçün yeni imkanlar yaradacağını vurğulayaraq, beynəlxalq tərəfdaşlıqların təhsil sisteminin inkişafında mühüm rol oynadığını bildirib. Söhbət əsnasında Fərqanə Dövlət Universitetinin nümayəndələri birgə layihələrin həyata keçirilməsinə münasibət bildiriblər.

Paylaş: