12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

50 ildən sonra tapılan rəsm əsəri kimə məxsusdur?

12-03-2025
IMG

Antonio Solarionun 1973-cü ildə İtaliyanın Belluno şəhərindəki bələdiyyə muzeyindən oğurlanmış 16-cı əsrə aid əsəri olan "Madonna və Uşaq" tablosu indi İngiltərədə bir qadınla kiçik bir muzey arasında hüquqi mübahisənin ortasında qalıb. Şimali İtaliyanın Dolomit dağlarında yerləşən Belluno şəhərindən tapıldıqdan sonra əsər Baron de Dozsa tərəfindən alınıb və daha sonra oğurlanmış sənət əsərlərinin bərpası üzrə ixtisaslaşmış hüquqşünas Kristofer Marinello tərəfindən araşdırılır.

Əsər hələ də Barbara de Dozsadadır və İnterpolun oğurlanmış sənətlər bazasına daxil edilib. Marinello işi geri qaytarmaq üçün mübarizəsini davam etdirir. İncəsənət bərpası sahəsində əhəmiyyətli uğurlar qazanmış “Art Recovery International” şirkətinin sahibi Marinello əsəri geri qaytarmaq üçün hər cür səy göstərdiyini deyib. 

Lakin Barbara de Dozsa tablonu ümumiyyətlə bəyənmədiyini bildirsə də, əsəri geri qaytarmaqdan da imtina edib.

Qeyd edək ki, 16-cı əsrin əvvəllərində sənət aləmində böyük şöhrət qazanan Antonio Solarionun əsərləri hərraclarda milyonlarla dollara satılır. Bununla belə, Marinello “Madonna və Uşaq” əsərinin dəyərinin təxminən 3000 dollar olduğunu, amma əsas dəyərinin maliyyə deyil, tarixi və mədəni dəyər olduğunu bildirib.

Paylaş: