Çində nəhəng İnnovasiya Mərkəzi yaradılıb
Çində yüksək texnologiyalı qeyri-dağıdıcı nəzarət üzrə İnnovasiya Mərkəzi yaradılıb. Onun məqsədi ölkənin ağıllı istehsal sektorunu dəstəkləmək üçün intellektual sınaq texnologiyalarını təşviq etməkdir.
Fhnews.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Bazar Tənzimlənməsi Administrasiyası nəzdində İnnovasiya Mərkəzi bu ölkənin Aerokosmik Elm və Sənaye Korporasiyasının Müdafiə Texnologiyaları Tədqiqat və Sınaq Mərkəzinin dəstəyi ilə yaradılıb. O, yüksək texnoloji avadanlıqların qeyri-dağıdıcı sınaqdan keçirilməsi sahəsində texnologiyaların tədqiqi üzrə ixtisaslaşıb.
“People's Daily” qəzetinin xəbərinə görə, Mərkəz bu sahədə istehsal, təhsil və tədqiqatların inteqrasiyası üçün platforma rolunu oynayacaq.
Çinin Müdafiə Texnologiyaları Tədqiqat və Sınaq Mərkəzinin direktoru və İnnovasiya Mərkəzi İdarə Heyətinin sədri Li Honqmin qeyd edib: “Aerokosmik məhsullar, nüvə enerjisi avadanlığı və irimiqyaslı körpü strukturları kimi müasir yüksək texnoloji avadanlıqların sürətli inkişafı ilə yeni materialların, proseslərin və ağıllı istehsalın tətbiqi monitorinq və ölçmə ilə bağlı bir sıra problemlərin yaranmasına səbəb olur. İnnovasiya Mərkəzi qabaqcıl qeyri-dağıdıcı sınaq texnologiyalarının inkişafı və onların intellekt, informasiyalaşdırma və standartlaşdırma səviyyəsinin artırılması ilə məşğul olacaq”.
İnnovasiya Mərkəzi 46 aparıcı təhsil müəssisəsini bir araya gətirir. Onların arasında olan Harbin Texnologiya İnstitutu və Çin Xüsusi Avadanlıqların Sınaq və Tədqiqat İnstitutu texnoloji nailiyyətlərə nail olmaq və sənaye standartlarını yüksəltmək üçün birgə ittifaq yaradır.
50 ildən sonra tapılan rəsm əsəri kimə...
Qanlı Ay tutulması...
Quraqlıqdan təsirlənən Düdən gölündə...
Dünyanın ən əsrarəngiz bölgələrindən...
Hindistanda "Rənglər Festivalı" qeyd...