Qazaxıstanda uşaqlar üçün SİM kartlar tətbiq ediləcək
Qazaxıstanın hakimiyyət orqanları uşaq və yeniyetmələr üçün müəyyən internet saytlarına və sosial şəbəkələrə girişi məhdudlaşdıran xüsusi SİM kartların tətbiqini nəzərdən keçirir.
Fhnews.az xəbər verir ki, Qazaxıstanın təhsil nazirinin müavini Edil Ospan bu barədə Astanada keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, həmin SİM kartlar uşaq və yeniyetmələr üçün hazırlanan xüsusi mobil rabitə tarifidir.
“Valideynlər övladlarının telefondan necə istifadə etdiklərini izləyə və mobil proqram vasitəsilə uşaqların harada olduğunu görə biləcəklər. Eyni zamanda, bu SİM kartların müəyyən yaş məhdudiyyəti olan saytlara və ya sosial şəbəkələrə girişi olmayacaq”, - deyə Edil Ospan bildirib.
Nazir müavini müvafiq proqramın nə vaxt tətbiq ediləcəyi ilə bağlı dəqiq vaxt deməsə də, hazırda uşaq SİM kartlarının səlahiyyətli dövlət qurumları ilə birlikdə müzakirə olunduğunu qeyd edib.
50 ildən sonra tapılan rəsm əsəri kimə...
Qanlı Ay tutulması...
Quraqlıqdan təsirlənən Düdən gölündə...
Dünyanın ən əsrarəngiz bölgələrindən...
Hindistanda "Rənglər Festivalı" qeyd...