12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanın benzin və dizel satışından əldə etdiyi gəlir 7 faizədək artıb

12-03-2025
IMG

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda yanacaq istehlakçıları 523,1 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,7 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7 faiz gəlir əldə edilib.

Paylaş: