12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Xankəndi və Şuşada “Azəriqaz”la birgə əmək yarmarkaları təşkil olunub
 

12-03-2025
IMG

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlər üçün əmək yarmarkalarının keçirilməsini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu dəfə Agentlik tərəfindən “Azəriqaz” İstehsalat Birliyi ilə Xankəndi və Şuşa şəhərlərində əmək yarmarkaları keçirilib.

Tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin Şuşa və Xankəndi şəhərləri üzrə xidmət sahələrində olan qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, qaz təsərrüfatının nəzarətçisi, anbardar, usta və s. işlər üzrə vakansiyalar təqdim edilib.

Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Paylaş: