“WaterAid”: Temperaturun yüksəlməsi daha çox daşqın və quraqlıqlara səbəb olur
Dünyada insanların ən sıx məskunlaşdığı bəzi şəhərlərdə iqlim şəraiti quraqlıqdan daşqına və yenidən selə çevrilərək dəyişir, çünki yüksələn temperatur qlobal su dövranını pozur.
Fhnews.az xəbər verir ki, bu barədə “WaterAid” xeyriyyə təşkilatının araşdırmasında deyilir.
Dünyada ən çox insanın məskunlaşdığı 100-dən çox şəhərdən toplanmış 42 illik hava məlumatlarını tədqiq edən tədqiqatçılar müəyyən ediblər ki, Cənubi və Cənub-Şərqi Asiyada yağışlar həddindən artıq artmaqdadır, Avropa, Yaxın Şərq və Şimali Afrikada isə daha quru iqlim müşahidə olunur.
Tədqiqata əsasən, Çinin şərqindəki Hançjou şəhəri və İndoneziyanın paytaxtı Cakarta “iqlim şoku”nun – uzun sürən daşqınların və quraqlığın sürətli ardıcıllıqla vurduğu şəhərlər siyahısında birinci yerdədir.
Tədqiq olunan şəhərlərin təxminən 15 faizi həddindən artıq daşqın və quraqlıq riskləri ilə üzləşib. Onların arasında Texas ştatının Dallas, Çinin Şanxay şəhərləri və İraqın paytaxtı Bağdad da var.
Keçən il Çinin sahilyanı Hançjou şəhərində 60 gündən çox yüksək temperatur qeydə alınıb, bu, rekord göstəricidir. Şəhər on minlərlə insanı təxliyə etməyə məcbur edən şiddətli daşqınlara məruz qalıb.
Şəhərlərin beşdəbiri ekstremal iqlim şəraitində dəyişikliyə məruz qalır, Şri-Lankanın paytaxtı Kolombo və Hindistanın maliyyə mərkəzi Mumbayda iqlim dəyişikliyi müşahidə edilir, hava daha da rütubətli olur, Misirin paytaxtı Qahirə və Honkonq isə daha çox quraqlıqla üzləşir.
Tədqiqatın müəlliflərindən biri, Kardiff Universitetinin Su Tədqiqatları İnstitutundan Maykl Singerin fikrincə, ya qıt su ehtiyatlarından maksimum yararlanmaq, ya da daşqınların zərərini azaltmaq üçün infrastruktur quran bir çox şəhərlər indi çox fərqli vəziyyətlərlə üzləşir. Onlar uyğunlaşmaya sərmayə qoymalıdırlar.
Əlverişli dəyişiklikləri görən bir neçə şəhərə Yaponiyanın paytaxtı Tokio, London və Çinin Quançjou şəhərləri də daxildir ki, bu meqapolislərdə 2002-2023-cü illər arasında əvvəlki iyirmi ildə olduğundan xeyli az yağışlı və quru aylar yaşanıb.
50 ildən sonra tapılan rəsm əsəri kimə...
Qanlı Ay tutulması...
Quraqlıqdan təsirlənən Düdən gölündə...
Dünyanın ən əsrarəngiz bölgələrindən...
Hindistanda "Rənglər Festivalı" qeyd...