13 mart 2025, cümə axşamı Bakı, 7°C
IMG-LOGO

Azərbaycan Cenevrədə keçirilən gender bərabərliyinə həsr edilmiş illik konfransda təmsil olunub

12-03-2025
IMG

Cenevrə şəhərində Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) gender bərabərliyinə həsr olunmuş illik konfransı keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfransda Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) üzvü Elgün Səfərov videomüraciətlə çıxış edib.

E.Səfərov dünyada baş verən münaqişələrin qadın hüquqlarının təmininə ciddi təsir göstərdiyini bildirib. O, çıxışında müharibələr nəticəsində minalardan əziyyət çəkmiş mülki əhali, əsir və itkin düşmüş insanlar, xüsusilə qadın və uşaqların taleyindən bəhs edib. Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədləri, gender bərabərliyinin təmin edilməsi və insan hüquqlarının vacibliyindən danışıb.

Qeyd edək ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələri, habelə beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər.

Paylaş: