14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

BDU-nun nümayəndə heyəti Pakistanın Ali Təhsil Komissiyasında müzakirələr aparıb

14-03-2025
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Ali Təhsil Komissiyasının sədri professor Muxtar Əhmədlə görüşüb.

BDU-dan verilən məlumata görə, görüşdə Pakistanın aparıcı universitetləri ilə əməkdaşlığının gücləndirilməsi, birgə elmi tədqiqatların təşkili və tələbə-müəllim mübadiləsi məsələləri müzakirə olunub. Rektor Elçin Babayev BDU-nun beynəlxalq akademik əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirərib, Pakistan universitetləri ilə elmi və tədris sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Ali Təhsil Komissiyasının sədri professor Muxtar Əhməd Azərbaycanla Pakistan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına yüksək qiymət verib və bu istiqamətdə təşəbbüsləri dəstəkləyəcəyini bildirib. O, BDU və Pakistan universitetləri arasında əlaqələrin möhkəmləndirilməsi üçün Komissiyanın hərtərəfli dəstək göstərəcəyini qeyd edib.

BDU-nun nümayəndə heyəti Ali Təhsil Komissiyasında Pakistan Milli Assambleyasının üzvü xanım Begüm Tahmina Daultana ilə də görüşüb. O, iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Xanım Daultana müxtəlif illərdə Pakistanın qadın inkişafı, sosial rifah və xüsusi təhsil naziri, eləcə də qadın inkişafı, mədəniyyət və elm və texnologiya naziri vəzifələrində çalışmış təcrübəli siyasətçi kimi bu istiqamətdə təşəbbüslərə dəstək verməyə hazır olduğunu bildirib.

Ali Təhsil Komissiyasında görüş qarşılıqlı anlaşma və əməkdaşlıq istiqamətində atılacaq addımların müzakirəsi ilə başa çatıb.

Paylaş: