“Baksol yolu”nda yük avtomobili aşıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan hissədə yük avtomobili aşıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov verilən məlumata görə, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol polisi ilə birgə qısa zamanda nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində bütün mümkün tədbirlər görür.
Vəkillər Kollegiyasının rəhbərliyi...
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ...
Konstitusiya Məhkəməsi ilə Dövlət...
Laçında işəgötürənlərlə görüş keçirilib...
Bərdənin Güloğlular kəndindəki bazarda...