“Fövqəladə ehtiyatların nomenklaturası”nın təsdiq edilməsi və “Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 aprel tarixli 137 nömrəli Qərarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 2463 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Fövqəladə ehtiyatların nomenklaturası” təsdiq edilsin (əlavə olunur).
2. “Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 aprel tarixli 137 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2023, № 4, maddə 606 (Cild I) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi və digər məsul saxlayıcılar bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 12 ” “ mart ” 2025-ci il
№ 70
“Fövqəladə ehtiyatların...
Roma Papası Fransisk Həzrətlərinə...
8 Mart – Beynəlxalq Qadınlar Günü...
Türkiyə Respublikasının Prezidenti...
Xocalı şəhərində Xocalı Soyqırımı...