Araşdırma: Məktəblərdə mobil telefonlardan imtina edilməsi isveçli şagirdlərin xeyrinədir
İsveçin 37 məktəbindən olan 3500 şagird arasında aparılmış “İt's Not Visible” araşdırma nəticəsində müəyyən edilib ki, təhsil müəssisələrində mobil telefonların qadağan edilməsi hətta məktəbdən kənarda da şagirdlərin sağlamlığına və davranışlarına müsbət təsir göstərir.
Fhnews.az xəbər verir ki, məlum olduğuna görə, qadcetsiz məktəblərdə olan şagirdlər orta hesabla 10 dəqiqə çox yatır, onların ən azı səkkiz saat yatması ehtimalı isə 38 faiz çoxdur. Bu xüsusilə vacibdir, çünki yuxu çatışmazlığı gənclər arasında ümumi problemdir, psixi sağlamlıq və öyrənmə qabiliyyətinə təsir göstərir. Bundan əlavə, belə məktəblərin şagirdləri yatmazdan əvvəl smartfonlardan daha az istifadə edirlər.
Mobil telefonlara qoyulan qadağa ilə dərsə davamiyyət arasında əlaqə də aşkar edilib. Tədqiqatçılar bunu məktəblərdə telefonların olmamasının onlayn zorakılıq riskini azaltması, təhsil müəssisəsini daha təhlükəsiz mühitə çevirməsi ilə əlaqələndirirlər. Daha bir əhəmiyyətli nəticə isə şagirdlərin məktəbdən kənarda telefonlarında əyləncəyə sərf etdikləri vaxtın gündə orta hesabla 33 dəqiqə azalması olub.
Tədqiqat radikal dəyişikliklər aşkar etməsə də, onun müəllifləri hətta kiçik təkmilləşdirmələrin də ictimai sağlamlıq baxımından vacib olduğunu vurğulayırlar. Onlar məktəblərdə mobil telefonların qadağan edilməsini uzunmüddətli müsbət nəticələr verə biləcək effektiv tədbir hesab edirlər.
İsveçdə məktəblərdə smartfonların...
Sarayevoda Qazi Hüsrev bəy...
Kanada ABŞ-nın polad və alüminium...
Misirdə sərnişin qatarı ilə mikroavtobus...
Qırğızıstan və Tacikistan arasında...