14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

İtaliyanın Campi Flegrei bölgəsində 4,4 bal gücündə zəlzələ narahatlıq yaradıb

13-03-2025
IMG

Beynəlxalq Geofizika və Vulkanologiya İnstitutunun  paylaşdığı məlumata görə, yerli vaxtla 01.25 radələrində baş verən 4.4 bal gücündə zəlzələnin episentri Bagnoli və Pozzuoli olub. 

Mətbuatda yer alan xəbərlərdə, Neapol kimi ətraf əyalətlərdə də hiss edilən zəlzələnin Campi Flegreidə son illərdə qeydə alınan ən güclü zəlzələ olduğu ifadə edilib. 

Başda Pozzuoli və Baqnoli olmaqla Neapolun bəzi rayonlarında zəlzələ səbəbiylə ibtidai və orta məktəblərdə təhsilin bir gün müddətinə dayandırıldığı açıqlanıb.

Bildirilib ki, yerli hakimiyyət orqanları binalara dəyən zərərin qiymətləndirilməsini davam etdirir, bəzi kilsə və binalarda cüzi dağıntılar baş verib.

Bildirilir ki, Meloni hökuməti zəlzələ riski yüksək olan ərazilərdən biri olan Campi Flegrei üçün 2023-cü ildə kütləvi evakuasiya üçün fövqəladə planlarını yeniləmişdi.

Paylaş: