AİB ilə istilik təchizatı sektorunun dekarbonizasiyası layihəsi üzrə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib
Energetika naziri Pərviz Şahbazovla Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə ölkə direktoru xanım Sunniya Durrani-Camal arasında görüş olub.
Nazirlikdən verilən məlumata görə, görüşdə Asiya İnkişaf Bankı ilə enerji sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib.
Bərpaolunan enerji sahəsində, xüsusilə günəş enerjisi və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələrində bankın dəstəyi yüksək qiymətləndirilib, enerji gündəliyinin prioritet məsələləri müzakirə edilib. Azərbaycanla Qazaxıstan və Özbəkistanı əlaqələndirən yaşıl enerji infrastrukturu, habelə fiber-optik komponent (FOC), dəniz külək enerjisinin istehsalı və ötürülməsi, habelə sahil infrastrukturunun qurulması ilə bağlı görülən işlər və qarşıdakı planlar diqqətə çatdırılıb. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı üç ölkənin və ADB-nin iştirakı ilə planlaşdırılan görüşdən bəhs edilib.
Söhbət zamanı bankla kiçik həcmli bərpaolunan enerji layihələri, şəbəkənin təkmilləşdirilməsi də daxil olmaqla bir çox istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib. Həmçinin istilik təchizatı sektorunun dekarbonizasiyası layihəsi üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib.
Bundan başqa, təbii qaz sektorunda müşahidə olunan inkişaf tendensiyaları və Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri ilə bağlı da fikir mübadiləsi aparılıb.
Sərnişin daşımaları həyata keçirənlərə...
Təmiz Enerji Mərkəzi vasitəsilə həyata...
AİB ilə istilik təchizatı sektorunun...
Bu il kommersiya qurumlarının sayı 8...
“AzərEnerji” “Masdar” şirkəti ilə...