14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Xəzər suitilərinin havadan monitorinqi aparılıb

13-03-2025
IMG

Qazaxıstanın Jayık-Xəzər Balıq Təsərrüfatı Hövzə Müfəttişliyinin əməkdaşları Mangistau vilayəti akimliyi, “Qazaq Balyk” şirkəti və Respublika Balıq Təsərrüfatı və Su Təsərrüfatı Assosiasiyasının nümayəndələri ilə birlikdə Xəzər suitilərinin populyasiyasının olduğu adaların üzərindən uçuşlar həyata keçiriblər.

Fhnews.az Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ekspedisiya Aktau hava limanından Burınşik burnuna qədər olan ərazini, o cümlədən Xəzər dənizinin şimalını əhatə edib.

Uçuş zamanı təbii yaşayış mühitində buzun üzərində və suda 130-150 suiti müşahidə edilib. Sahil zolağından uzaqda, çöl ərazilərində və insanların məskunlaşdığı ərazilərə yaxın yerlərdə heyvanlara rast gəlinməyib.

Qeyd olunur ki, Xəzər suitiləri üçün xüsusi qoruğun yaradılması nəsli kəsilməkdə olan bu növün qorunması və populyasiyasının bərpası baxımından mühüm addım hesab olunur.

Paylaş: