Masallı Sənaye Məhəlləsinə 12 milyon manatdan çox investisiya yatırılacaq
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.
İZİA-dan verilən məlumata görə, sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 2,1 milyon manat investisiya yatırılıb, 70-dən artıq daimi iş yeri yaradılıb.
Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Masallı Sənaye Məhəlləsində indiyədək 14,4 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.
Qeyd edək ki, Masallı Sənaye Məhəlləsi dövlət başçısının 2016-cı il 13 iyun tarixli Sərəncamı ilə yaradılıb. Məhəllə 10 hektar ərazini əhatə edir.
Sərnişin daşımaları həyata keçirənlərə...
Təmiz Enerji Mərkəzi vasitəsilə həyata...
AİB ilə istilik təchizatı sektorunun...
Bu il kommersiya qurumlarının sayı 8...
“AzərEnerji” “Masdar” şirkəti ilə...