14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

İğdır şəhər stadionunda Novruz şənliyi təşkil ediləcək

13-03-2025
IMG

Martın 18-də Türkiyənin İğdır şəhərində Azərbaycan-Türkiyə qurumlarının ortaq layihəsi ilə “Can Azərbaycandan Türk dünyasına Bahar müjdəsi” adlı Novruz bayramı təşkil olunacaq.

Fhnews.az xəbər verir ki, bayram tədbiri İğdır Valiliyi, Azərbaycanın Türkiyədəki səfirliyi, Qarsdakı baş konsulluğu, Azərbaycan Mədəniyyət Mərkəzi və “Alagöz Holding” şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Bayram şənliyində Azərbaycanın tanınmış sənətçilərinin çıxışı nəzərdə tutulub. Bundan başqa tədbirdə Türk dünyasının ortaq dəyəri olan Novruz bayramının xalqlarımızın adət və ənənələri, qədim tarixi və zəngin mədəniyyətini özündə ehtiva etməsi, habelə Novruzun incəsənətdə, ədəbiyyatda əks olunmasına dair çıxışlar, tamaşalar, təqdimatlar və musiqilər təqdim olunacaq.

İğdır Şəhər Stadionunda keçiriləcək tədbirdə Novruz bayramının simvolu olan bayram tonqalları qalanacaq, Dədə Qorqudun, Bahar qızının və Türk xalqlarının qəhrəmanlarını canlandıran obrazların, habelə Azərbaycan və Türkiyə bayraqlarını daşıyan atlıların keçidi, aşıqlarının çıxışları da tədbir proqramı çərçivəsində təqdim olunacaq.

Bayram tədbirində çoxsaylı rəsmi qonaqların, diplomatların, Iğdır ictimaiyyətinin iştirakı planlaşdırılır.

Paylaş: