Avropa çempionatı: Azərbaycanın bir güləşçisi finala yüksəlib, digəri bürünc medal görüşünə çıxacaq
Albaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Fhnews.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.
Azərbaycan təmsilçilərindən Ruslan Nurullayev (72 kiloqram) startda bolqarıstanlı Dimitar Georgiyevi vaxtından əvvəl məğlub edib – 10:1. Nurullayev daha sonra litvalı Rokas Çepauskası 3:1 hesabı ilə üstələyib. Ruslan yarımfinalda ukraynalı Oleq Xəlilovdan güclü olub – 4:2. Həmyerlimiz sabah finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşacaq.
Elmin Əliyev (82 kiloqram) 1/8 finalda macarıstanlı Dominik Botosu (5:2), 1/4 finalda isə isveçli Aleksander Yohanssonu (6:5) mübarizədən kənarlaşdırıb. O, finalın bir addımlığında moldovalı Aleksandru Soloveylə bacarmayıb – 0:8. Əliyev sabah bürünc medal medal uğrunda İbrahim Tabayev (Belçika) – Conni Sarkkinen (Finlandiya) görüşünün qalibiylə güləşəcək.
Hüseyn Qəribov (60 kiloqram) və Aqil Musayev (97 kiloqram) 1/8 finalda, Fərid Xəlilov (67 kiloqram) 1/4 finalda uduzub.
Avropa çempionatı: Azərbaycanın bir...
Azərbaycanın iki boksçusu Macarıstandakı...
Azərbaycan və Latviya arasında basketbol...
Azərbaycanın yunan-Roma güləşçisi Avropa...
Avropa çempionatı: Azərbaycanın daha bir...