13 mart 2025, cümə axşamı Bakı, 11°C
IMG-LOGO

Ötən ay müavinət və təqaüd alanların sayı açıqlanıb

13-03-2025
IMG

Bu ilin fevral ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 859 min 13 nəfər olub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 457 min 367 nəfər aylıq sosial müavinət, 401 min 646 nəfər isə təqaüd alıb.

 

Paylaş: