14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Texnologiya nəhənglərinin süni intellekti insanabənzər robotlara çevrilir

13-03-2025
IMG

“Google”, “OpenAI” və “Tesla” kimi şirkətlərin süni intellekti fiziki dünya ilə bir araya gətirmək səyləri nəticəsində süni intellekt sahəsində böyük yarış robotlar sahəsində reallaşmağa başlayıb.

“Google”a bağlı şirkətlərdən biri olan DeepMind robotlara xas süni intellekt modeli olan Gemini Robotics və Gemini Robotics-ER-ni təqdim edib. Şirkətin açıqlamasına görə, hər iki model “Google”un bu günə qədər özünün ən bacarıqlı süni intellekti adlandırdığı Gemini 2.0 üzərində işləyir. “Google” yeni robotları Texasda yerləşən robot texnikası tərtibatçısı Apptronik ilə birgə hazırladığını vurğulayıb. Şirkət tərəfindən yayımlanan videoda yeni robotlar nahar qutusunu yeməklə doldurur, banan və üzüm kimi meyvələri əmr əsasında müxtəlif qablara yerləşdirir və bir kağız parçasını qatlayır. Robotlar həmçinin ətrafdakı bütün obyektləri dəqiq müəyyənləşdirirlər.

Şirkətdən verilən açıqlamada, süni intellektlə dəstəklənən robotların üç əsas xüsusiyyətə malik olması lazım olduğu bildirilib: müxtəlif vəziyyətlərə uyğunlaşa bilmək, interaktiv olmaq və insanlar kimi əlləri və barmaqları ilə obyektləri idarə edə bilmək.

“Google”un süni intellekt sahəsində ən böyük rəqibi olan OpenAI robot texnologiyalarına da böyük sərmayə qoyur. OpenAI-nin insanabənzər robot tərtibatçısı Figure ilə ortaqlığı nəticəsində keçən il istehsal edilən insanabənzər robot "Figure 01" öz qabiliyyətləri ilə böyük diqqət çəkib.

Paylaş: