Hollandiyada yetişdirilən xüsusi lalə növünə "Kızılırmak” adı verilib
Hollandiyada xüsusi olaraq yetişdirilən qırmızı "zəfər" laləsi Türkiyənin ən uzun çayı olan "Kızılırmak"ın şərəfinə adlandırılıb. Lalənin adının Kızılırmak qoyulduğu Haaqa səfirliyində keçirilən görüşdə hollandiyalı qonaqlar və türk qurumlarının nümayəndələri bir araya gəlib.
Türkiyənin Haaqa səfiri Səlçuk Ünal İstiqlal Marşının qəbulunun 104-cü ildönümü münasibətilə təşkil edilən mərasimdəki çıxışında, "Royal Anthos" və "Smit Flowers" ilə əməkdaşlıqda xüsusi olaraq yetişdirilən qırmızı "zəfər" laləsinə ad verməklə bu laləni bu özəl günə həsr etmək istədiklərini bildirib.
Ünal "Türk və Hollandiya xalqları üçün daşıdığı mənaya görə bu ildönümünü lalə ilə qeyd edirik. Lalə hər iki xalq üçün gözəllik, firavanlıq və zəriflik simvoludur. Lalə sadəcə bir çiçək deyil, xalqlar arasında körpülər quran, xalqımız arasındakı dərin tarixi və mədəni bağları əks etdirən bir simvoldur"-deyə bildirib.
Hollandiyada yetişdirilən xüsusi lalə...
ABŞ-da kəpənək populyasiyası 22 % azalıb...
Antalyada anemon vaxtı......
Çay dəmləmək sağlamlıq üçün zərərli ağır...
İqlim dəyişikliyi şokolad istehsalına da...