Azərbaycan kikboksçuları Latviyada beynəlxalq yarışda 3 qızıl və 1 gümüş medal qazanıblar
Azərbaycan kikboksçuları Latviyanın Riqa şəhərində keçirilən WAKO (Latvia Open) yarışında 3 qızıl, 1 gümüş medal qazanıblar.
Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə, ikiqat dünya və Avropa çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin üzvü Rafiq Babazadə (57 kiloqram, K-1) gənclər arasında birinci yeri tutub.
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin idmançısı Ayxan Həsənov (81 kiloqram, 86 K-1) böyüklər arasında iki qızıl medal, Avropa çempionu Oqtay İsmayılov isə gənclər arasında (60 kiloqram, K-1) gümüş medal qazanıblar.
Ayxan Həsənov Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin məşqçisi Elşən İsayevin tələbəsidir.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev idmançıların beynəlxalq turnirdəki nəticələrini şərh edib: “Nəticə göstərən kikboksçular ölkəmizin adını ucaldırlar. Bundan sonra da nəticələrimiz olacaq. Əsas odur ki, ortada inam və iradə var. Bu həm də dövlətimizin bizə və idmançılarımıza göstərdiyi qayğının nəticəsidir”.
Qeyd edək ki, WAKO kateqoriyalı hakim, Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədr müavini Aydın Ağabəyov turnirdə verdiyi ədalətli qərarlarına görə ən fəal hakim mükafatına layiq görülüb.
"Marneuli Open 2025" şahmat turnirinə...
Azərbaycan kikboksçuları Latviyada...
Şahmat üzrə ikiqat dünya və Avropa...
Kadetlər arasında zona birinciliklərinin...
Azərbaycan cüdoçuları Avropa...