28 aprel 2025, bazar ertəsi Bakı, 11°C
IMG-LOGO

Tayland vizası üçün yeni qərar: 60 günlük müddət yarıya enib

27-04-2025
IMG

Cənub-Şərqi Asiya ölkəsi Tayland xarici turistlər üçün 60 günlük vizasız rejimi 30 günə endirməyi planlaşdırır.Taylandın baş naziri Phetthong Than Shinavatra xarici turistlər üçün vizasız rejimə yenidən baxılması barədə göstəriş verib.

Krallıq bu müddəti 60 gündən 30 günə endirməyi planlaşdırır. Qərar ziyarətçilərin ölkə qanunlarını tez-tez pozması səbəbindən qəbul edilib.

Krallığın ictimaiyyətlə əlaqələr üzrə məsul dövlət departamentinin müvafiq bəyanatı artıq dərc olunub. Tayland qurumları, xüsusilə Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi turizmin inkişafı baxımından təklif olunan tədbirlərin effektivliyini qiymətləndirməli olacaqlar. 

Aprelin əvvəlində Taylandın Turizm Təşkilatının sədri Thapani Kiatphaiboon tələb olarsa, ölkə rəhbərliyinin Rusiyadan gələn turistlər üçün 60 günlük vizasız qalma müddətini saxlayacağını açıqlayıb.

Kiathphaiboon rusların gətirdiyi gəlirin ölkə iqtisadiyyatı üçün çox vacib olduğunu izah edib. Qeyd edək ki, Taylandda 93 ölkənin vətəndaşları üçün 60 günlük vizasız rejim ötən ilin iyulunda tətbiq edilib.

Rusiya Taylanda gələn xarici turistlərin sayına görə üçüncü yerdədir. Taylandın Turizm və İdman Nazirliyinin məlumatına görə, ilin əvvəlindən gələn xarici turistlərin sayı 800 mini keçib.

Paylaş: